Xəbər lentiwidget-title-icon

Azərbaycanı 43 boksçu təmsil edəcək
Birinci Liqada həftənin təyinatları
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
AFFA bu komandaları yarışlardan kənarlaşdırıb
Vaqif Cavadov Azərbaycan millisində
Pley-in mərhələsinin oyun cədvəli açıqlandı - ABL
Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin rəqibləri məlumdur
Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı

"Neftçi"yə qol vuran Araz Abdullayev: "Buna görə sevinmədim" – MÜSAHİBƏ

"Karvan-Yevlax"ın sağ cinah yarımmüdafiəçisi Araz Abdullayev Misli Premyer Liqasının 16-cı turunda evdə "Neftçi"yə məğlub olduqları oyundan (1:2) sonra Pressing.az-ın suallarını cavablandırıb.

– İkinci hissədə nə baş verdi ki, hesabı qoruyub saxlaya bilmədiz?

– Deyərdim ki, oyuna yaxşı başlamışdıq. Sadəcə, qələbə hesabını qoruyub saxlamaq lazım idi. İkinci hissədə çox erkən qol buraxdıq. Bu oyundan ən azı bir xal götürmək istəyirdik. “Neftçi”də məşqçi dəyişikliyindən sonra hiss olunur ki, onların oyununda da, sistemində də dəyişikliklər var. Həqiqətən son iki oyunda bu göründü. Biz də yaxşı mübarizə apardıq. Yenə deyirəm, bu oyundan ən azı bir xal götürmək istəyirdik. Qismət... Öz üzərimizdə işləyəcəyik.. Son oyunlarda görünür ki, bu komanda ümid verir. İnşallah, ikinci yarıya yaxşı hazırlaşıb, səhvlərimizin üzərində işləyib, komandamızı Premyer Liqada saxlayacağıq.

– Bu gün hesabı açaraq sabiq komandanı cəzalandırdın. Bu barədə nə deyə bilərsən?

– Yox, elə deməzdim (gülür). Mən hətta qoldan sonra sevinmədim. Üzrxahlıq kimi olmasın, amma hətta azarkeşlərə də sevinmədiyimi göstərdim. Qol həmişə içdən sevindiricidir, amma “Neftçi” mənə evim kimidir. Uşaqlıqdan orda böyümüşəm. “Neftçi”yə qarşı həmişə sevgim var, hörmət bəsləyirəm. Bizim flaqmandır. “Neftçi” “Neftçi”dir, bunu həmişə bilirik. Amma bu gün burdayam, “Karvan-Yevlax"ın şərəfini qoruyuram və əlimdən nə gəlirsə, onu etməyə hazıram. Bu gün yevlaxlı azarkeşlər nəticələrimizdən narazılıq edirlər, amma maksimum dərəcədə çalışırıq ki, onları sevindirək.

– Həm kapitan, həm də oyun baxımından faktiki olaraq komandanın liderinə çevrilmisən. Öz performansını necə dəyərləndirirsən?

– Bu, situasiyadan asılıdır. Həm də məşqçi dəyişikliyi oldu, deyərdim ki, yeni baş məşqçimiz daha tələbkardır. Bu da son oyunlara yansıyır. Hər bir oyunçuya baxsanız görərsiniz ki, daha rahatdır, oyunda daha çox hərəkət eləyir. Hər kəsin performansı qalxıb. Çalışırıq, özümü yaxşı hiss edirəm və çalışıram nə qədər gedir, bu performansı daha da artırım.

– Azarkeşlərdən söz düşmüşkən, ötən turdakı məğlubiyyətdən sonra komandanı fitə basdılar, amma bu gün “Neftçi” ilə oyunda uduzsanız belə, sonda sizi alqışladılar. Səncə, bu, komandanın əzmkar oyununa görədir?

– Bəli, əlbəttə. Açıq deyim ki, "Qarabağ"la ardıcıl iki ağır oyundan, həm də məşqçi dəyişikliyindən sonra komandamız fiziki olaraq 60-cı dəqiqədən sonra yorulurdu. Həmin dövrdə də “Qarabağ”la iki dəfə qarşılaşmağımız bizə çox ağır yük oldu. Ondan sonra “Şamaxı” ilə üzləşdik, onlar da çox "diş"li rəqibdir, həmişə öndə pressinq edirlər. Orda asan qollar buraxdıq və deyərdim, komanda bir az həvəsdən düşdü. Amma oyunbaoyun hər kəs görür ki, “Karvan-Yevlax” artırır. Biz də bunu saxlamaq istəyirik. Bunun üçün komanda, rəhbərlik, bütün fanatlar başa düşməlidir ki, bu bir prosesdir, dözmək lazımdır. Baxırsan ki, yevlaxlı azarkeşlər yaxşı oynadınsa, alqışlayırlar. Pis oynayıb uduzanda isə səni kim dəstəkləyər? Ancaq ailən, yaxınların. Bu da başadüşüləndir. Bu situasiya elədir ki, ancaq dözüb, səhvlərin üzərində işləyib bu vəziyyətdən çıxa bilərik.

– Bacaracaqsınızmı?

– Bacaracaqsınız deyəndə, biz həmişə çalışırıq. Bizdən hərəkət, Allahdan bərəkət.

Daşqın Əziz

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycanı 43 boksçu təmsil edəcək
Birinci Liqada həftənin təyinatları
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
AFFA bu komandaları yarışlardan kənarlaşdırıb
Vaqif Cavadov Azərbaycan millisində
Pley-in mərhələsinin oyun cədvəli açıqlandı - ABL
Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin rəqibləri məlumdur
Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA