Xəbər lentiwidget-title-icon

Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Nikolya Pepedən tarixi qol
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti seçildi
"Səbail"də yeni oyunçu
"Neftçi"dən Yuri Vernidubla bağlı qərar
Arda Güler hamını qabaqladı
Minayə Əkbərovadan Qazaxıstanda qızıl medal
Türkiyənin ABŞ üzərində əzmkar qələbəsi - VİDEO
26 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Niderland Tunisi belə məğlub etdi - VİDEO
İngiltərə nəhəngi onu satır
Vinisius Ronaldonun rekordunu təkrarlayıb
Fransalı futbolçu Ukrayna klubunda
Bakıda "Football Conference Baku" konfransı 2-ci dəfə keçirilib
Türkiyədən mundiala qələbə ilə vida
İdman jurnalisti Şəkidə Beynəlxalq Şahmat Festivalının qalibi olub
"CBC Sport"dan ilk: DÇ oyununu xanımlar şərh edəcək
Renaldo "Qarabağ"da - RƏSMİ
Bakıda voleybol məşqçiləri üçün seminar
"Arsenal"dan yeni transfer
AFFA 2 komandanın şikayətini təmin edib
Abdurahmanov yenidən "Səbail"də
Azərbaycan birinciliyi keçiriləcək
Bu ölkə FİFA-dan QOVULDU
Rövşən Nəcəf: "Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”

Riad Rəfiyev: "Bu, Ayxan Abbasovun öz işidir, özü bilər" – MÜSAHİBƏ

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün səfərdə "Turan Tovuz" üzərində qazanılan əzmkar qələbədən (3:2) sonra media nümayəndələrinin suallarını cavablandırıb.

– Oyun barədə fikirlərinizi bölüşərdiz...

– Çox maraqlı, gərgin mübarizə şəraitində keçən matç izlədik. Komandamız çox yaxşı, hərtərəfli üstün oynadı. Bu görüşdə qələbəyə tam layiq idik.

– Artıq turnir cədvəlində "Səbail"lə aranızda 6 xallıq fərq yaranıb. Bu, hardasa arxayınçılığa səbəb ola bilərmi?

– Xeyr, arxayınçılıqdan söhbət gedə bilməz. Bizim hələ qarşıda 8 vacib oyunumuz var. Həmin matçlara köklənmişik.

– "Turan Tovuz"la oyundan öncə futbolçularda motivasiya yaratmaq üçün onlara mükafat vəd edilmişdi?

– Xeyr, belə bir təşəbbüs olmayıb. Futbolçular bu matçın əhəmiyyətini dərk edirdilər və bu gün meydanda əllərindən gələni edərək 3 xal qazandılar.

– Əsas komanda Premyer Liqada, əvəzedicilər isə Birinci Divizionda son pillələrdə qərarlaşır. Bu mənada, hazırda futbol ictimaiyyətində əsas tənqid hədəfi "Sumqayıt" rəhbərliyidir. Bu, üzərinizdə hər hansı gərginlik yaradırmı?

– Mən komandamızın potensialını çox yaxşı bilirəm. Buna görə də, komandaya inanır, güvənirəm. Düşünürəm ki, bugünkü matçdan sonra hər şey müsbətə doğru irəliləyəcək və yaxşı olacaq.

– Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun açılış tarixi bəllidir?

– Hələlik bu barədə dəqiq informasiya verə bilmərəm.

– Yəqin ki, Prezident İlham Əliyevin açılışa gəlməsiylə bağlıdır...

– Bəli, ola bilər.

– "Turan Tovuz" – "Sumqayıt" oyununun çempionatdakı prinsipiallığı öz yerində. Bəs, bugünkü matçı həm də Riad Rəfiyev – Ayxan Abbasov dueli adlandıra bilərikmi?

– Xeyr, bunu bu formada adlandırmaq istəməzdim. Nə mənim ona, nə də o insanın mənə aidiyyəti var. Çıxıb, oyunumuzu oynayır, qələbəmizi qazanır və Sumqayıta yollanırıq.

– Nəzərə alaq ki, Tovuzdakı ilk qarşılaşmadan (1:0) sonra Ayxan Abbasov mətbuat konfransında buna eyham vurmuşdu...

– Bu, onun öz işidir, özü bilər. Bizim öz mövqeyimiz, planlarımız var. Hazırda bütün diqqətimizi komandamıza yönəltmişik.

– Bu il əcnəbi mütəxəssislə (oxu: Aleksey Baqa) başladız. Həmçinin, olunan transferlər, komandaya ayrılan diqqət və qərarlaşdığınız mövqe bugünkü gündə sizi nə dərəcədə narahat edir?

– Bu gün "Sumqayıt"ın potensialı turnir cədvəlində qərarlaşdığı pillə ilə uyğun gəlmir. Komandamızın potensialı qat-qat yüksəkdir və buna bir daha şahid olduq. Əslində, "Sumqayıt" mövsümün əvvəlindən belə performans sərgiləməli idi. Amma bu, futboldur, belə şeylər olur. Heç nə olmaz. Qarşıdakı oyunlara hazırlaşacağıq.

– "Sumqayıt" elitada qalacaq?

– İnşallah, buna ümid edirəm.

Elsevər Muradzadə, Bakı-Tovuz

Oxşar xəbərlər