Xəbər lentiwidget-title-icon

"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı

"Mən səhvə görə kimisə ehtiyata atmıram" - Elmar Baxşıyev

"Qəbələ" klubu Azərbaycan Premyer Liqasının 29-cu turunda doğma meydanda "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

- Matçın əhəmiyyətini dərk edirdik. "Zirə" turnir cədvəlində bizim rəqibimizdir. Düşünürəm ki, komandam layiqli qələbə qazandı. "Sabah"la görüşün son dəqiqələrində qol buraxsaq da, komanda həftə ərzində psixoloji eniş yaşamadı. Hər məşqdə hiss edirdik ki, futbolçular "Zirə" ilə matça yüksək motivasiya ilə hazırlaşır. Ümumi götürəndə komandadan razıyam. Məğlub olduğumuz oyunlarda da meydanda mənim istədiyimi veriblər. Amma hələ çempionat bitməyib, qarşıda oyunlar var.

- İki oyundur ki, heyətdə rotasiyalar edirsiz. Bu, nə ilə bağlıdır?

- Çempionat ərzində rotasiyalar edirik. Məşqlərdə kimin durumu yaxşı olursa, onlara şans veririk. Muraddan da, Ürfandan da oyun planında razıyıq. Onlar da şans düşən kimi komandanın oyununa güc qatırlar.

- Artıq şəxsi oyunlarda "Zirə"ni üstələdiz. Bu, sizə nə dərəcədə avantaj verir?

- Ümumi götürəndə hələ heç bir avantaj yoxdur. Qarşıda çoxlu oyunlar var. Ona görə də həmin matçlara hazırlaşmaq lazımdır. Sırf bu oyunun eyforiyası ilə yaşamağa ehtiyac yoxdur. Dərk edirik ki, çempionatda 4-cü olub avrokuboklara getməmək də olar. Həm kuboka, həm də çempionata tam şəkildə köklənəcəyik.

- Qarşıda sıx qrafik olacaq. Komandanız buna hazırdır?

- Həm psixoloji, həm də funksional olaraq komandam möhkəmdir. Düşünürəm ki, sıxıntı yaşamamalıyıq.

- "Sabah" matçdan sonra yəqin ki, Səlahət Ağayevdən narazı qalmısız. İmkan olsaydı, bu gün qapıda rotasiya edərdiz?

- Mən səhvə görə kimisə ehtiyata atmıram. Səlahət inandığım futbolçudur. Hər futbolçu səhv edir. Keçən oyunda Səlahətin səhvlərinə görə qollar buraxdıq. Amma futbol səhvlər oyunudur. Futbolçularına inanıram. Həmişə onlara dəstək olacağam ki, eniş yaşamasınlar.

- Mövsümün sonuna kimi 4-cü yeri saxlamaq üçün nə lazımdır?

- Komandanın məşqlərinə baxıb ümidlənirəm. Futbolçular həqiqətən də istəklidirlər. Mən də, onlar da bu iddiadan əl çəkməyəcəklər. Ola bilər ki, sonda istədiyimiz yerə çatmayaq. Amma komanda olaraq 4-cü yeri özümüz üçün hədəf etmişik.

Oxşar xəbərlər


Bütün xəbərlər