Xəbər lentiwidget-title-icon

Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular bəllidir
İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu

Andrade "Qarabağ"ı tərk edir: "Böyük satış olacaq" – ÖZƏL AÇIQLAMA

"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade klubun sıralarını tərk etməyə yaxındır.

24 yaşlı futbolçu Çinin "Şanxay Şenxua" klubu ilə danışıqlar aparır. Kabo-Verde millisinin üzvü Asiya təmsilçisindən olduqca sərfəli təklif alıb.

Andradenin meneceri Pressing.az-a açıqlamasında onun Çin klubundan "yox" deyə bilməyəcəyi təklif aldığını bildirib:

"Leandronun "Qarabağ"la müqaviləsində 2,5 milyon avroluq sərbəstqalma bəndi var. Çin klubu isə 2,6 milyon avro təklif edib. Bu da "Qarabağ" üçün böyük satış olacaq, çünki oyunçunun bazar dəyəri 1,2 milyon avrodur. Andradeyə isə imtina edə bilməyəcəyi maaş təklif ediləcək. O, "Qarabağ"da yaxşı çıxış etsə də, həyatının bu mərhələsində belə bir təklifdən imtina edə bilməz. Leandro artıq "Qarabağ"dan ayrılmaqda maraqlı olduğunu göstərir, çünki o, yüksək məvacib alacaq və Çin klubunun ona təklif edə biləcəyi müqavilə ilə özü və ailəsinin həyatını dəyişəcək".

Bildirək ki, Leandro Andradenin "köhlən atlar"la 2025-ci ilin 30 iyununadək müqaviləsi var.

Daşqın Əziz

Oxşar xəbərlər