Xəbər lentiwidget-title-icon

Cavid Hüseynovdan heç-heçə şərhi
"Sabah" "Kəpəz"ə qarşı, Qəbələdə "sülh" - YENİLƏNİR
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA

"Hekken"in itirəcəyi bir şey yoxdur, "Qarabağ" üçün çox çətin olacaq" - Vaqif Cavadov

"Qarabağ" sabah UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda İsveçin "Hekken" klubunu sınağa çəkəcək.

"Molde" (Norveç) ilə eyni xala (oxu: 7) malik Ağdam təmsilçisi bu görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Norveç təmsilçisinin qrup lideri, nəinki AL-də, Bundesliqada da məğlubiyyət tanımayan "Bayer" (Leverkuzen, Almaniya) səfərinə yollanacağını nəzərə alsaq, "köhlən atlar" meydana nisbətən rahat çıxa bilər. Lakin istənilən halda, "Hekken"lə oyun "Qarabağ" üçün olduqca vacib qarşılaşma olacaq.

Bu oyunla bağlı fikirlərini öyrənmək üçün Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadovla əlaqə saxladıq. O, Pressing.az-a açıqlamasında bu matçın Ağdam təmsilçisi üçün son illərin ən vacib oyunu olacağını bildirdi:

"Qarabağ" adına çox çətin oyun olacaq. Hətta deyərdim ki, "Hekken"lə matç son illərdə Ağdam klubu üçün ən vacib qarşılaşma olacaq. Çünki təmsilçimizə 3 xal lazımdır. Məncə, 1 xal da yetərli olar, amma bu, futboldur. Hər şey digər oyunun nəticəsinə görə dəyişə də bilər. Ümidvaram ki, "Qarabağ" ən yaxşı oyununu oynayıb xal və xallar qazanaraq "pley-off"a vəsiqə qazanacaq. Düşünürəm ki, şans 99.9 faiz ağdamlıların yanında olacaq. "Hekken"in itirəcəyi bir şey yoxdur, qrupda xal toplamayıblar. Bu da "Qarabağ"a müəyyən çətinlik yaradacaq. Arzu edirəm ki, bu oyunda uğur təmsilçimizlə olsun".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Hekken" oyunu saat 21:45-də başlayacaq.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər