Xəbər lentiwidget-title-icon

MPL: Mövsümün son turunun oyun cədvəli açıqlandı
“Qarabağ” yeni transferi rəsmən elan edib
Xorvatiya millisinin DÇ-2026 üçün heyəti - SİYAHI
"Beşiktaş"da Sergen Yalçın dövrü bitdi
Fərid Xəlilova vəzifə verildi
Xatirə turnirinə yekun vurulub
Nəriman Axundzadənin komandasında istefa
WUF13 ərəfəsində inklüziv antidopinq yanaşmalarına dair beynəlxalq konfrans keçirilib
"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun
"Ayntraxt"da gecikmiş istefa - RƏSMİ
Zamiq Əliyevin komandasından darmadağın
İtaliyalı baş məşqçi Ukrayna millisində
İkinci Liqada çempion müəyyənləşir
Ehtiram Şahverdiyev - 200
Azərbaycan millisi Avropa birincisi olub
İbrahim Həsənov Avropa çempionu oldu
“Turan Tovuz” və “Qəbələ”nin əvəzedicilərindən qələbə
"Sabah"ın qızıl mövsümü
"Zirə"nin qələbəsi - VİDEO
"Sabah" kuboka qovuşdu - VİDEO
"Nə hikmətdirsə, baş açmadım" - Rəşad Sadıqov
"Sumqayıt"ın məşqçisi: "Komandam haqda pis nəsə deyə bilmərəm"
"Rəqiblə baş-başa mübarizə apardıq" - Valdas Dambrauskas
Yuri Vernidub: "Bu gün çox xoşbəxt insanam"
"Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNİB

Yusif İmanov: "Son zamanlar peformansımdan razı deyiləm" - MÜSAHİBƏ

Azərbaycan U-21 millisinin qapıçısı Yusif İmanov ötən gün Avropa çempionatının seçmə mərhələsində lüksemburqlu həmyaşıdlarını məğlub etdikləri matçdan (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Matç sizin üçün necə keçdi?

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Uşaqlarda istək var idi, bu da meydançada görünürdü. Qapımıza penalti təyin edildi, amma şükür Allaha qol olmadı. Sonradan qol vurduq. Amma ilk yarının sonlarında səhv etdim, amma orada külək də öz təsirini göstərdi. İkinci yarıda yenə qol buraxdıq, amma uşaqlar təslim olmadı, sona qədər vuruşdu. Qələbə qazandıq.

- Buraxılan birinci qolda səhvin var idi. Həmin epizodda dəqi külək mane oldu, yoxsa necə?

- Əslində, orada səhvimi başa düşürəm. Elə iki qol buraxmışam. Yaxın küncdən yəni buraxmışam. İstədim ki, yaxın küncə yaxınlaşım, rəqib də başqa yerə vurdu.

- Yaxın küncdən artıq neçənci dəfədir ki, top buraxırsan. Səbəbi nədir?

- Bunu yaxın küncdən buraxmadım. Məşq edirik, sadəcə alınmayanda alınmır.

- Son vaxtlardakı performansından nə dərəcədə razısan?

- Əslində, açıq deyim ki, son zamanlar performansımdan razı deyiləm.

- Nə baş verib?

- Otururam, araşdırıram, keçmiş oyunlarıma baxıram, öz-özümü analiz edirəm. Matç bitdi, gedirəm evə, gecə matça təkrar-təkrar baxıram.

- Ola bilər ki, “Sabah”da rəqabətsizlik var?

- Xeyr, rəqabətsizlik yoxdur. Yaxşı məşqçilərimiz, yaxşı qapıçılarımız var. Rüstəm Samiqullinlə eyni yaşda olsaq da, rəqabət var. Çalışacağıq ki, daha yaxşı olaq.

- U-21 yığmasında oynamaq sənə oyun praktikası baxımından yaxşıdır, yoxsa millidə üçüncü qapıçı?

- Milli forma elədir ki, hara dəvət edirlərsə, ora getməlisən. Bizim üçün fərqi yoxdur, bura gəldik bura kömək etdik, ora getdik ora kömək etdik. Hara çağırırlar, ora getməliyik.

- A millidə debüt edən vaxtı çoxları düşünürdü ki, yığma üçün əsas qapıçı olacaqsan. Sonradan Canni de Byazi sənə dəvət göndərmədi?

- Əslində, millidən dəvət gözləyirəm. Amma baş məşqçinin qərarıdır, ona hörmətlə yanaşmaq lazımdır. Öz üzərimdə çox çalışıram. İnanıram ki, qarşımda böyük karyera var. Hər şeyin öz vaxtı var, A millinin də, hər şeyin də.

- Daha yaxşı performans göstərmək üçün komandanı dəyişməyi düşünürsən?

- Xeyr. “Sabah”la yeni müqavilə imzalamışam və bütün fikirlərim bu komandaya bağlıdır.

- U-21 yığmasının qrupdakı perspektivini necə görürsən? Növbəti oyunlar Ukrayna və İngiltərəyə qarşıdır. Bu qrupda nə bacaracaqsız?

- Bizdə çox yaxşı, istedadlı oyunçular var. Sadəcə Premyer Liqada oynayan uşaqlarımız çox azdır, çoxu əvəzedici liqada, divizionda oynayırlar. Məncə, onlara Premyer Liqada şans verilsə, daha yaxşı çıxış edərik, daha yaxşı nəticə verərik.

- “Sabah” niyə belə qeyri-stabil çıxış edir? İki ay ərzində bir qələbə qazanmısız...

- Məşqçilər analiz edirlər, işləyirik. Biz də çətin perioddan çıxmaq istəyirik. Əminəm ki, çıxacağıq.

- Millidə Səlahət Ağayev, Emil Balayev, Şahruddin Məhəmmədəliyevlə birlikdə çıxış etmisən. Onlardan nəsə öyrənmisən?

- Əlbəttə. Səlahət “Sabah”da olanda mənə çox kömək edirdi. Demək olar ki, məşqçilərlə birlikdə Səlahət mənə öyrədirdi. Şahruddindən də öyrəndiyim detallar var. Məşqlərdə daim ünsiyyətdə oluruq, hərə bir şey öyrədir.

- “Sabah”da Səlahət Ağayev, Saşa Stamenkoviç, Neçayev olanda vaxtdakı rəqabətlə indiki arasında fərq var?

- Əslində, var. Onlar təcrübəli qapıçılar idi. Onlarla rəqabət daha çətin idi. Onda da çətin idi. Mən əlimi aşağı salmamışam ki, məndən sonra qapıçı yoxdur, belə şey fikirləşmirəm. Hər zaman məşqimi edirəm ki, daha çox artırım, daha yaxşı yerlərə gedim.

Elsevər Muradzadə

Oxşar xəbərlər