Xəbər lentiwidget-title-icon

Fransadan geridönüş, Türkiyə yenə uduzdu - NƏTİCƏLƏR
MOK-da Lukaşenko ilə ikitərəfli tərəfdaşlıq müzakirə edilib
İtaliya - Türkiyə matçı üçün HEYƏTLƏR
Prezident Əhməd Yusifovla görüşüb
"Sumqayıt"ın yenidən bu stadiona qayıtdı
Bakıda keçiriləcək dünya çempionatı və Festivalına hazırlıq davam edir
AFFA nümayəndələri Meksika səfiri ilə görüşüblər
Dövlət başçısı dünya çempionatının açılışında
AFFA-nın texniki direktoru bölgəyə səfər edib
Azərbaycan karateçilərindən 3 medal
DÇ: Məmmədəliyeva təsəlliverici görüşdə uduzdu
Astarada Azərbaycan birinciliyi keçirilib
Kamal Umudluya UEFA-dan növbəti təyinat
Azərbaycan cüdoçusu 1/4 finalda uduzdu
AFFA qələbəyə görə futbolçulara bu qədər mükafat verəcək – ÖZƏL
“Gəncə”də rusiyalı voleybolçu - RƏSMİ
DÇ: Azərbaycan cüdoçuları mübarizəni dayandırdı
5 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığmasının qələbəsi - VİDEO
Azərbaycan millisi Albaniyaya böyük hesabla uduzub
Bakıda keçirilən dünya kuboku rekordlarla yadda qalıb
Azərbaycan gimnastlarından dünya kubokunda "bürünc"
Azərbaycan yığmasının heyətində dəyişiklik
İkinci Liqada 6-cı tura yekun vurulub - NƏTİCƏLƏR
Ayxan Abbasov: "Sevindim ki, üç gün ərzində futbolçular toparlandı"

"Sabah"ın uğuru, "Qarabağ" müqayisəsi və bitməyən kompleks – YAZI

"Sabah"ın ötən gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsi yenidən köhnə müzakirələri – "Qarabağ"la müqayisələri alovlandırdı.

Əsas da "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın bu qələbəni "tarixi nailiyyət" adlandırması "Qarabağ"sevərlərin yenidən müzakirə yaratmasına səbəb olub. Adekvat olaraq söyləsək, bu, tarixi qələbə deyildimi, cənablar? Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan Azərbaycan klubu ardıcıl iki mərhələ keçir, özü də bütün oyunları qələbə ilə tamamlayaraq. Üstəgəl, minimum Konfrans Liqasının qrupu da təmin edilib.

Litvalı baş məşqçinin bunu "tarixi nailiyyət" adlandırması niyə bəzilərini qıcıqlandırmalı və "Qarabağ"la müqayisəyə yol açmalıdır? Bu, ilk hal deyil. "Sabah" Azərbaycan çempionu olduqdan sonra "Qarabağ"a yaxınlığı ilə bilinən tanınmış, nüfuzlu simalar da sosial şəbəkə hesablarında Masazır təmsilçisinin Avropada Ağdam klubu qədər uğurlu olmayacağını yazmışdılar. Bu kənara, gətirilən arqumentlərdən biri də belə idi ki, "Sabah"ın çıxışı "Qarabağ"ınkı qədər maraqlı olmayacaq". Ümumiyyətlə, buna "arqument" demək olar?..

Söhbət Azərbaycan futbolunun inkişafından gedirsə, bu tip müqayisələr nəyə lazımdır və ya nəyə xidmət edir? Bu təfəkkürlə futbolumuz nəinki inkişaf edə, heç "Biləcəridən o yana keçə bilməz". Ən azından bir Azərbaycan təmsilçisinin Avropada qalma müddəti uzandı. Könül istər ki, digər 3 komandamız da bunu təkrarlasın.

"Qarabağ"ın da Avropanın ikinci nüfuzlu turnirində mərhələni keçmək şansı qalır. "Zirə"nin səfərdə "Payde"yə minimal hesabla məğlub olmasına baxmayaraq, "qartallar"ın doğma divarlar arasında rəqibini üstələyərək turu adlaması mümkünsüz deyil. O ki qaldı "Neftçi"yə, bakılıların işi qəlizdir. "Ağ-qaralar" 2:0 hesabıyla öndə olduğu oyunu yekunda 2:4 uduzaraq səfərə motivasiyasız və tərəddüd içində yollanıb. Fəqət futbolda hər şey mümkündür.

Xülasə, bütün təmsilçilərimizə Avropa səhnəsində uğur arzulamaqda qəbahətli bir şey yoxdur. Nəticədə Azərbaycan adı təmsil olunur, ölkəmizin aktivinə reytinq xalları gəlir.

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər