Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

İsnik Alimi: "Kubokda "Qarabağ"ı mübarizədən kənarlaşdırandan sonra iddiamız artıb" - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda Qəbələ" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Penaltidən komandasının yeganə qoluna imza ataraq "qırmızı-qaralar"ın Konfrans Liqasına vəsiqə əldə etməsini rəsmiləşdirən İsnik Alimi Pressing.az-ın əməkdaşının da iştirak etdiyi müsahibədə sözügedən qarşılaşmanı dəyərləndirib:

- Konfrans Liqasına vəsiqəni təmin etməyimiz kubokun finalında bizə yaxşı təsir edəcək. Çünki, biz artıq avrokubokları fikirləşməyəcəyik. Əgər bu fikirlə oyuna çıxsaydıq, bizdə təzyiq və stress yarada bilərdi. Final bizim üçün pozitiv olacaq.

- Final matçları, adətən, neytral meydanda keçirilir. Amma bu dəfə "Neftçi"nin stadionunda olacaq. Bu, sizə mənfi təsir etməyəcək?

- Yox. Bu, bizi qorxutmur. Çünki, kubokun finalına çıxmaq üçün ilboyu mübarizə aparmışıq. Əsas məsələ odur ki, stadionda azarkeş çox olsun. Belə olduğu halda şanslar 50/50-dir.

- Oyunun sonuna yaxın "Kəpəz" hesabı bərabərləşdirdi. Bu, sizin üzərinizdə təzyiq yaratmadı?

- Əlbəttə ki, bu, qorxu yaratdı. Hesabda öndə olarkən Avropaya daha yaxın idik. Həmin anda rəqib hesabı bərabərləşdirdi. Bu, stress, təzyiq və qorxu yaradırdı. Necə oynadığımız önəmli deyil. Əsas odur ki, ardıcıl ikinci il Konfrans Liqasına vəsiqə qazandıq.

- Mətbuatda "Qəbələ"dən ayrılacağın deyilir. Bu haqda nə deyə bilərsən?

- Fikirlərim, motivasiyam 120 faiz "Qəbələ"dədir. İki məqsədimiz var idi. Biri avrokuboklara vəsiqə qazanmaq, bunu etdik. Digəri isə Azərbaycan Kubokunu qazanmaq. Bütün fikirlərim klubumladır. Kubokun finalından sonra istirahətə gedəcəyik. Mediada yazılanlarla bağlı məlumatım var. Amma heç bir şərh verə bilmərəm.

- Finaldan gözləntin nədir? Azarkeşlərə qələbə sözü verirsən?

- Həmin matçda əlimdən gələnin maksimumunu edəcəyəm. Zədə belə, məni saxlaya bilməz. Belə halda da mübarizə aparacağam ki, kuboku qazanaq. Söz verə bilərəm. Amma çox şey baş verə bilər. Özümdən asılı olanlarla bağlı söz verirəm. Əlimdən gələni edəcəyəm.

- Kubokun finalı "Qəbələ"dəki gələcəyinə təsir edə bilər?

- Qalıb-qalmayacağımı bilmirəm. Kubokun nəticəsi fikirlərimə təsir etməyəcək. Kubokda "Qarabağ"ı mübarizədən kənarlaşdırandan sonra iddiamız artıb. Sona kimi getmək istəyirik. Şans əlimizdədir.

- Şimali Makedoniya mətbuatı sənin Azərbaycandakı çıxışınla maraqlanır?

- Bəli, maraqlanırlar. Burada titullar qazanan makedoniyalı futbolçular var ki, onlar da çempionat haqda soruşurlar. Soruşan hər kəsə Azərbaycan haqda xoş sözlər deyirəm. Burada futbol günü-gündən inkişaf edir.

- Kubokun finalında böyük dəstəyə ehtiyacınız var. Azarkeşlərə nə demək istəyirsən?

- Bütün azarkeşlərə səslənirəm, bu vacib oyuna gəlsinlər. Biz də yaxşı oynamağa çalışacağıq. İstərdim ki, stadionun 50 faizi "Qəbələ", 50 faizi "Neftçi" azarkeşləri ilə dolu olsun.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar