Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

"Bəlkə də gələn tur pley-off vəsiqəni təmin etmək olar" - Qara Qarayev

"Rəqib öz qapısı qarşısında sanki ikiqat divar hörmüşdü. Cərimə meydançasına daxil olmaq çətin idi".

Pressing.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Pirey təmsilçisi bəzən 5, bəzən də 6 müdafiəçi ilə oynayırdı: "Buna görə son dəqiqələrdə bir az güc itirdik. Bəlkə də daha basqılı oynasaydıq, şanslar yarada bilərdik. Rəqib hesabı qorumağa çalışırdı. Biz isə bununla razı deyildik. Qalib gəlmək istəyirdik. Futbolda belə nəticələrə hazırıq. Hesabı məyusedici saymıram. Bizim üçün yaxşı nəticədir".

Q.Qarayev qazanılan 1 xal münasibətilə azarkeşləri təbrik edib: "Bu xal bizim üçün əhəmiyyətli idi. Rəqibin belə müdafiə olunacağını bilirdik. Bəlkə də səfərdəki matçdan daha az qol epizodu əldə etdik. Ümumi oyunumuz pis alınmadı. Rəqibə qol fürsəti vermədik. "Olimpiakos"dan bu cür oyun gözləyirdik. Çünki Bakıya 1 xal dalınca gəlmişdilər. Bu, "Qarabağ"ın, azarkeşlərimizin uğurudur. Belə bir komanda Bakıya məğlub olmamaq üçün gəlir".

Qarayevin sözlərinə görə, "Nant"ın Fransada Almaniya "Frayburq"una uduzması onlar üçün üstünlük deyil: "Çünki bu komanda ilə səfər oyunumuz var. Məğlubiyyət rəqibə əlavə motivasiya verəcək. Evdə uduzmamaq üçün layiqli mübarizə aparacaqlar. Bəlkə də gələn tur pley-off vəsiqəni təmin etmək olar. Amma "Frayburq"la Bakıdakı matçadək dəqiq nəsə demək çətindir".

O, Fransadakı nəticədən final fitindən sonra xəbər tutduqlarını söyləyib: "Bütün diqqətimiz "Olimpiakos"la qarşılaşmada idi".

Oxşar xəbərlər