Azərbaycan rekordçusu dünyasını dəyişib » Pressing.Az
Azərbaycan rekordçusu dünyasını dəyişib
Hadisə 29-12-2023, 15:54

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib.

Pressing.az
xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Keçmiş idmançı 69 yaşında vəfat edib.

Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.