Türkiyə millisinin sabiq üzvü vəfat edib
Hadisə / Dünya Futbolu
6-01-2025, 09:19

Türkiyə yığmasının sabiq üzvü Yılmaz Urul vəfat edib.
Pressing.az xəbər verir ki, sabiq qapıçı 82 yaşında dünyasını dəyişib.
Y.Urul 1961-ci ildə Türkiyənin U-18 yığmasında, 1963-64-cü illərdə U-21 komandasında çıxış edib. O, 1965-ci ildə əsas milli ilə 4 matçda meydana çıxıb.
Y.Urul karyerası ərzində "İstanbulspor", "Fənərbaxça" və "Mersin İdman Yurdu" klublarının formasını geyinib.
