İtaliya yığmasının sabiq üzvü karyerasını bitirdi
Dünya Futbolu
19-11-2023, 16:35

İtaliyalı mərkəz hücumçusu Fabio Kvaryarella karyerasını bitirib.
Pressing.az xəbər verir ki, o, 40 yaşında futbolla vidalaşıb.
Xatırladaq ki, Fabio peşəkar karyerası ərzində “Torino”, “Florentina”, “Kyeti”, “Udineze”, “Askoli”, “Sampdoriya”, “Napoli” və “Yuventus”da çıxış edib. Onun son klubu bu ilin yayında ayrıldığı "Sampdoriya" olub.
