Pele vəfat etdi
Braziliyalı üçqat dünya çempionu Pele dünyasını dəyişib.
Pressing.az xəbər verir ki, bu barədə “Assosiated Press” məlumat yayıb.
Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.