Xəbər lentiwidget-title-icon

Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL
Azərbaycan Birinciliyi və Olimpiada ilə bağlı müvafiq tapşırıqlar verilib
"Karvan-Yevlax" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Azərbaycanın 5 güləşçisi yarımfinalda
Ançelotti ilə bağlı qərar - RƏSMİ
Çempionluq oyununa hakim təyinatları açıqlanıb
Fransa yığmasının DÇ-2026 üçün heyəti - SİYAHI
Avropa çempionu: “Qələbəni atama həsr edirəm” - AÇIQLAMA
İmaməddin Xəlilov mükafatlandırılıb
AFFA yeni təlim keçirəcək
Liqa yarışının 2-ci turu keçiriləcək
"UFC Fight Night" turnirinin biletlərinin qiymətləri açıqlanıb

"Yaxşı sualdır. Bu suala cavabım yoxdur" - Mutu

"Çətin, ağır oyun oldu. Güclü rəqiblə qarşılaşdıq. Oyunçuların meydanda davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə də davam edəcəyik".

Pressing.az
xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu "Zenit"ə(2:1) qarşı keçirilmiş yoldaşlıq görüşündən sonra deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Neftçi" milli üzvləri olmasa da, "Zenit"ə qarşı yaxşı oyun sərgilədi. Bəs, çempionatda niyə bu cür oyun alınmır, qələbələr gəlmir?

- Yaxşı sualdır. Bu suala cavabım yoxdur.

- Bəlkə bizim çempionatda "Zenit" və "Spartak" kimi komandalar oynasın?

- Bu cür oyundan sonra üzülürəm. Çünki demək olar ki, eyni cür hazırlaşırıq. "Zenit" kimi güclü rəqibə qarşı belə oynayıb, digər matçlara isə fərqli yanaşma məni üzür. Sevindirici hal odur ki, Mirzov formasını yavaş-yavaş bərpa edir. Mirzov, Emin Mahmudov və digər oyunçularımızın qollarına ehtiyacımız var. Ümid edirəm ki, növbəti matçlarda da belə də olacaq.

- Rza Cəfərov yaxşı performans göstərdi. Ona bundan sonra da şans verəcəksiz?

- Bəlkə, sizə qələm və kağız verim, heyəti yazasınız? (gülür) Yaddan çıxarmayaq ki, Rzaya ilk dəfə şans verən mən idim. "Sabah"la oyunda onu meydana çıxaranda, hamı məni tənqid edirdi. İndi isə elə suallar verirdilər ki, niyə Rza oynamır? Hansısa verilişdə deyiblər ki, gənc oyunçulara güvənmirəm, etibar etmirəm. Onu bildirmək istəyirəm ki, Rza zədədən yeni qayıdıb. Ona görə oynada bilmirdim. Bu cür məlumatı TV-də bilməyərəkdən açıqlamaq "Neftçi"yə qarşı hörmətsizlikdir.

- Görünür ki, "Neftçi" və özünüz haqda yazılanları izləyirsiz. Komandanın indiki futbolçularınının adaptasiyasının gec getdiyini nəzərə alsaq, siz futbolçu kimi karyeranız ərzində hansı kluba uyğunlaşmada problem yaşamısız?

- "Neftçi" kimi böyük klubda çalışıramsa, əlbəttə ki, oxuyuram. Ətrafımdakı dostlar çoxdur və yazılanları tərcümə edib, mənə deyirlər. Özüm izləmirəm, çünki azərbaycanca danışa bilmirəm. Amma gələcəkdə, daha yaxından izləməyə çalışacam. Adaptasiya prosesi futbolçular üçün asan deyil. Andre Şinyaşiki MLS-dən gəlib və tələblər başqadır. ABŞ-da məğlubiyyətdən sonra onların üzərində təzyiq olmurdu. Amma burada liqaya daha fərqlidir, daha çətindir. Tənqidlər daha çox olur.

Oxşar xəbərlər

Bütün xəbərlər