Xəbər lentiwidget-title-icon

Orxan Məmmədov Qırğızıstanın idman rəsmiləri ilə birgə layihələri müzakirə edib
Yuri Vernidub: "Bu xal da bizi qane edir ki..."
"Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır" - Valdas Dambrauskas
"Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Kəpəz"in "Araz-Naxçıvan" üzərində qələbəsi - VİDEO
"Neftçi" - "Sabah" matçı üçün HEYƏTLƏR
Samir Xeyirbəyov: “Rayon uşaqlarının Bakı klublarında azarkeş dəstəyi azdır” – AÇIQLAMA
Azərbaycan millisi Maltaya yollanacaq
Azərbaycan Kubokunda 1-ci mərhələyə yekun vurulub
ABŞ-li oyunçu Azərbaycan klubunda - RƏSMİ
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
1-ci Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb
Zelim Kotsoyevdən Bakıdakı dünya çempionatına erkən vida
AMADA “Kəpəz”də maarifləndirici seminar təşkil edib
9 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Kotsoyev də DÇ-yə qələbə ilə başladı
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” “Sabah”a qarşı
"Səbail" - "Karvan-Yevlax" oyununda 2 qol - VİDEO
"Neftçi" "Sabah"la oyuna hazırdır
Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
Azərbaycan taekvondoçusu Fransada ikinci oldu
İspaniya nəhəngində yeni müqavilə - RƏSMİ
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv olub
1-ci Liqa: “Səbail”lə “Karvan-Yevlax”dan heç-heçə
AFFA nümayəndəsinə UEFA-dan yeni təyinat

“Hər şey yoluna düşəndən sonra fərqli “Neftçi” görəcəksiniz”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la cavab qarşılaşmasından sonra (1:2) mətbuat konfransında iştirak edib.

Pressing.az
xəbər verir ki, o, xarakterli kollektiv yaratmaq istədiklərini söyləyib:

“Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqə yaxşı oynadıq. Konfrans Liqası ilə vidalaşdıq, amma rənglərimiz uğrunda mübarizə apardıq. Meydançaya qələbə üçün çıxdığımızı nümayiş etdirdik.

Xarakterli komanda yaratmaq istəyirik. Futbolda hər şeyə hörmətlə yanaşmalıyıq. Şanslar az olsa da, təmsil etdiyin rənglər üçün sona qədər vuruşmalısan. Oyun dörd hissədən ibarət idi, bir hissəni biz qazandıq. Unutmayaq ki, bu matçlarda iştirak edə bilməyən Qara Qarayev kimi futbolçumuz var. Eddi İsrafilov, Ömər Buludov zədəli idi. Əlimizdə olan silahlarla mübarizə apardıq. Çalışdıq ki, enerjimizdən səmərəli istifadə edək. Rəqib 12 oyunçunun xidmətindən yararlana bilərdi, biz isə cəmi beş. Oyunçularımızın sayının az olmasına baxmayaraq, biz buraya mübarizə aparmaq üçün gəldiyimizi göstərdik.

Məncə, öncədən təyinat alsaydım, daha çox futbolçuya sahib ola bilərdik. Daha yaxşı olacağımızı deməzdim, amma hazırkı heyətdən fərqli kollektivə şahidlik edə bilərdik. Futbolçularım olduqca çox enerji itiriblər. İstirahət üçün vaxt ayırmaq mütləqdir. Milli komandaların oyunları üçün yaranacaq fasilədə təlim-məşq toplanışı keçirəcəyik.

Hazırkı təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Çünki təlim-məşq toplanışının yaxşı keçməməsi onların günahı deyil. Futbolçularım sakitləşməli və mənim onlardan istədiyim hər şeyə inanmalıdırlar. Hər şey yoluna düşdükdən sonra daha fərqli “Neftçi” görəcəksiniz.

Realist biriyəm. Komadamın yorulduğunu görürdüm. Onların oyun üslubları xoşuma gəldi. Çünki xarakter göstərdilər və bacardıqlarını ortaya qoydular. 60 dəqiqədən sonra fiziki durumları da aşağı düşdü. Bu, normal idi. Çoxlu səfərlər və oyunlar oldu. Zaman keçdikcə hər şey daha yaxşı olacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər