Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Adrian Mutu: "Hər şeyə hazırıq"

“Neftçi" klubunun baş məşqçisi Adrian Mutu UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Jelezniçar"la cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.

Pressing.az
xəbər verir ki, o, rəqibin əzmkar olduğunu söyləyib:

“Rəqibin necə əzmkar komanda olduğunu bilirik, məlumatımız var. Bizi ağır, çətin oyun gözləyir. Məqsədimiz növbəti mərhələyə çıxmaqdır.

Əlbəttə, doğma meydançada keçirəcəyimiz ilk oyun üçün həyəcanlıyam. İstəyərəm ki, mərhələni keçək. Arzu edirəm ki, azarkeşlər stadionu doldursunlar və bizi dəstəkləsinlər. Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq. Atmosfer həm yaxşı, həm də pis təsir göstərə bilər. Oyun istədiyimiz kimi getməsə, azarkeşlərin də yaratdığı atmosfer heç də bizə fayda verməz. “Neftçi” zəngin tarixə malik klubdur. Məqsədimiz azarkeşləri stadionlara cəlb etməkdir.

Hər məşqçi çalışır ki, düzgün strategiya ilə qələbə qazansın. Rəqibin baş məşqçisinin emosiyalarını şəxsimə yönəlmiş məsələ hesab etmirəm. Məni maraqlandıran məsələ komandamın çıxışdır. “Jelezniçar”ın çalışdırıcısı çılğındırsa, bu, məni maraqlandıran məsələ deyil.

Bu oyunlar üçün 21 oyunçu qeydiyyata salınıb. Yeni gələn futbolçular hələ həmin prosesi tamamlamayıb. İlk 11-liyi məmnunluqla deyərdim. Amma rəqib də bizi izləyir.

Rəhman Hacıyev səfərdə işini yaxşı yetirdi. Heyəti müəyyən edəndə onların performanslarına görə qərar veririk. Rəhman qollar vurmağa davam etsə, əsas heyətdə çıxış edə bilər. Hər bir futbolçum forma şansı qazanacaq. Hazırda oyunçularımın performansları ilə razıyam.

Sabahkı matçda hər bir ssenariyə hazırıq. 90 dəqiqədə oyunu həll etmək yaxşı olardı.

Əlbəttə, məşqlər çox yaxşı gedir. Təlim-məşq toplanışında mən iştiram etməsəm də, bunu səbəb kimi gətirmirəm. Əvvəlki yoldaşlıq matçlarına baxsaq, deyə bilərik ki, fiziki cəhətdən daha yaxşı durumdayıq. Oyundan oyuna daha da inkişaf edəcəyik.

Edilən bütün transferlərdən razıyam. Onlar bizə qatıblarsa, deməli, onların oyununu bəyənmişəm. Ediləcək bütün transferlər komandaya kömək edəcək.

Bakı şəhərini çox bəyənirəm. İnsanlar mənimlə yaxşı davranırlar. Azərbaycan yeməkləri olduqca dadlıdırlar.

Mateus Saldanyanın ürəyi bizimlə deyildisə, onu komandada saxlamaq düzgün deyildi”.

Xatırladaq ki, ilk görüş Bosniya və Herseqovinada baş tutmuş və 2:2 hesabı ilə başa çatmışdı.

Oxşar xəbərlər