Coşqun Diniyev oynadı, komandası uduzdu » Pressing.Az
Coşqun Diniyev oynadı, komandası uduzdu
Dünya Futbolu 11-05-2025, 13:40

Türkiyə Birinci Liqasında 38-ci turun oyunları keçirilir.

Pressing.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “İstanbulspor”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

Hazırda “Çorum” 54 xalla 10-cu pillədə qərarlaşıb.