Coşqun Diniyevin komandası liderə məğlub oldu » Pressing.Az
Coşqun Diniyevin komandası liderə məğlub oldu
Dünya Futbolu 19-02-2024, 10:30

Futbol üzrə Türkiyə 1-ci Liqasında 23-cü turun oyunları keçirilir.

Pressing.az
xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” lider “Eyüpspor”la qarşılaşıb.

İstanbul təmsilçisi evdə baş tutan bu oyunda 1:3 hesabıyla məğlub olub. Coşqun 62-ci dəqiqədə meydana buraxılıb.

“Ümraniyəspor” bu nəticədən sonra 27 xalla 13-cü pillədə qərarlaşıb.