Diniyevin komandası kubokda mərhələ adladı
Dünya Futbolu
7-12-2023, 09:00

Millimizin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” Türkiyə kubokunda növbəti oyununa çıxıb.
Pressing.az xəbər verir ki, sözügedən komanda kubokun 4-cü mərhələsində “Çankaya”nı qəbul edib və 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Coşqun Diniyev matçın 71-ci dəqiqəsində meydana çıxıb.
