36 yaşlı Dzyubanın yeni klubu » Pressing.Az
36 yaşlı Dzyubanın yeni klubu
Dünya Futbolu 13-09-2024, 13:30

Rusiya yığmasının sabiq üzvü Artyom Dzyubanın yeni klubu məlum olub.

Pressing.az xəbər verir ki, 36 yaşlı hücumçu "Akron"a keçib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Dzyuba ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Artyom Dzyuba son olaraq Moskva "Lokomotiv"ində oynayıb.