Azərbaycan millisinin üzvü klubunu dəyişdi » Pressing.Az
Azərbaycan millisinin üzvü klubunu dəyişdi
Digər növlər 29-07-2024, 10:30

Voleybol üzrə Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniyada klubunu dəyişib.

Pressing.az xəbər verir ki, 29 yaşlı oyunçu "Alba"ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ruban yeni klubu ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Ruban son mövsümü "Luqoj"da oynayıb.