"İnter"dən İnzaqi ilə bağlı qərar » Pressing.Az
"İnter"dən İnzaqi ilə bağlı qərar
Dünya Futbolu 10-05-2024, 16:00

“İnter” klubunun rəhbərliyi komandanın baş məşqçisi Simone İnzaqiyə daha 1 mövsümə uzadılması imkanı ilə müqaviləsini 2 il müddətinə uzatmağı təklif etmək qərarına gəlib.

Pressing.az
xəbər verir ki, “neradzurri” İnzaqinin maaşını da artıraraq, italyan mütəxəssisin əməkhaqqını illik 4,5-5 milyon avro məbləğdən 6 milyon avro məbləğədək yüksəldəcək.

Xatırladaq ki, İnzaqinin hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.