"Fənərbağça" Edin Cekonu transfer etdi - RƏSMİ » Pressing.Az
"Fənərbağça" Edin Cekonu transfer etdi - RƏSMİ
Transferlər / Dünya Futbolu 22-06-2023, 23:16

Türkiyənin "Fənərbağça" klubu yeni transferi Edin Ceko ilə müqavilə imzalayıb.

Pressing.az
xəbər verir ki, İstanbul təmsilçisi ilə 37 yaşlı hücumçu arasındakı sövdələşmə 2 illikdir.

Futbolçunun maaşı illik 4 milyon 200 min avro olacaq.

Qeyd edək ki, Ceko bu mövsümün sonunda "İnter"lə başa çatan müqaviləsini yeniləməyib. O, 2022/23 mövsümündə "İnter"in heyətində 52 oyuna çıxıb və 14 qol vurub.