"İnter"də yeni oyunçu » Pressing.Az
"İnter"də yeni oyunçu
Dünya Futbolu 3-01-2024, 08:30

"Brügge" klubunun vingeri Tajon Buçanan karyerasını "İnter"də davam etdirəcək.

Pressing.az
xəbər verir ki, İtaliya klubu Kanada millisinin 24 yaşlı futbolçusunun transferi üçün 7 milyon avro və əlavə bonuslar ödəyəcək.

Qeyd edək ki, 2023-2024 mövsümündə Buçanan "Brugge"də 20 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.