Kerem Aktürkoğlu "Fənərbağça"da » Pressing.Az
Kerem Aktürkoğlu "Fənərbağça"da
Dünya Futbolu Bu gün, 10:02

“Fənərbağça” klubu “Benfika”dan Kerem Aktürkoğlunu transferini rəsmən açıqlayıb.

Pressing.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. “Fənərbağça” bu transfer üçün 22,5 milyon avro ödəyib.

Aktürkoğlu futbolçu ötən mövsümü “Benfika”da keçirib. Portuqaliya təmsilçisinin heyətində 58 oyuna çıxan oyunçu 17 qol vurub, 13 qolun ötürməsini verib.