Renat Dadaşov oynadı, "Hatayspor" xalsız qaldı » Pressing.Az
Renat Dadaşov oynadı, "Hatayspor" xalsız qaldı
Dünya Futbolu 25-02-2024, 10:30

Türkiyədə Super Liqanın 27-ci turunun bir sıra oyunları keçirilib.

Pressing.az
xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Konyaspor”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov 71-ci dəqiqədə meydana çıxıb.