Renat Dadaşovun komandasından məğlubiyyət » Pressing.Az
Renat Dadaşovun komandasından məğlubiyyət
Dünya Futbolu 18-08-2024, 13:09

Futbol üzrə Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları keçirilir.

Pressing.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Erzurum BB" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

R.Dadaşov 71-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Ankaragücü" hazırda 3 xalla 7-cidir.