Renat Dadaşov oynadı, komandası qalib gəldi
Dünya Futbolu
Dünən, 11:30

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" Polşa Ekstraklasanda 13-cü tur oyununa çıxıb.
Pressing.az xəbər verir ki, komanda öz meydanında "Vidzev"i qəbul edib.
Görüşdə "Motor" 3:0 hesablı qələbə qazanıb.
Renat da bu matçda iştirak edib. Dadaşov meydana 78-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, "Motor" hazırda turnir cədvəlində 14 xalla 13-cüdür.
