"Yuventus" onu transfer edir » Pressing.Az
"Yuventus" onu transfer edir
Dünya Futbolu 30-01-2024, 09:30

"Palmeyras"ın gənclər komandasının mərkəz müdafiəçisi Pedro Felipe tezliklə "Yuventus" klubunun futbolçusu olacaq.

Pressing.az
xəbər verir ki, 19 yaşlı futbolçu 6 aylıq icarə əsasında Turin klubuna keçəcək. "Yuventus" Felipeni 2 milyon avroya almaq hüququna malik olacaq.

Gənc braziliyalı müdafiəçi tibbi müayinədən keçmək üçün Turinə gedəcək və yanvarın 30-da müqavilə imzalayacaq.