"Yuventus" yeni futbolçu ilə güclənir » Pressing.Az
"Yuventus" yeni futbolçu ilə güclənir
Transferlər / Dünya Futbolu 15-01-2024, 10:00

"Yuventus" klubu heyətinə yeni oyunçu qatacaq.

Pressing.az
xəbər verir ki, "Lill"in müdafiəçisi Tiaqo Djalo ilə gələn həftə Turin təmsilçisinin sıralarına qoşulacaq. Müqavilənin müddəti isə 4 illik olacaq.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi 2019-cu ildən "Lill"də çıxış edir.