Xəbər lentiwidget-title-icon

"Yuventus"dan yeni transfer

"Lill" klubunun mərkəz müdafiəçisi Tiaqo Djalonun "Yuventus"a keçidi rəsmiləşib.

Pressing.az
xəbər verir ki, "Yuventus" portuqaliyalı oyunçu üçün təxminən 3,5 milyon avro ödəyib. Tərəflər 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, 26 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm "Lill"də heç bir matçda iştirak etməyib.

Oxşar xəbərlər