Emreli komandasının qələbəsini kənardan seyr etdi
Dünya Futbolu
25-11-2023, 23:32

Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında 16-cı tur oyununa çıxıb.
Pressing.az xəbər verir ki, Zaqreb təmsilçisi "Osiyek"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
M.Emreli matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Bu nəticədən sonra "Dinamo" 27 xalla 3-cü pillədə qərarlaşıb. "Osiyek" 22 xalla 5-cidir.
