Emreli oynamadı, "Dinamo" xal itirdi » Pressing.Az
Emreli oynamadı, "Dinamo" xal itirdi
Dünya Futbolu 18-12-2023, 00:55

Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilir.

Pressing.az
xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelini çıxış etdiyi "Dinamo" doğma meydanda "Hayduk"u qəbul edib. Oyunda qapılara qol vurulmayıb.

Dizində zədə olan Mahir Emreli derbidə iştirak etməyib.

Bu nəticədən sonra "Hayduk" 41 xalla 1-ci, "Dinamo" 34 xalla 3-cü pillədə qərarlaşıb.