Mahirin komandası qələbə qazandı » Pressing.Az
Mahirin komandası qələbə qazandı
Azərbaycan Futbolu 26-11-2023, 10:38

Xorvatiya çempionatında 16-cı turun matçları keçirilir.

Pressing.az
xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo"(Zaqreb) doğma meydanda "Osiyek"lə qarşılaşıb.

Matç zaqreblilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Emreli son turda olduğu kimi matçı ehtiyat oyunçular skamyasında keçirib.

"Dinamo" 27 xalla 3-cü pillədədir.