Xəbər lentiwidget-title-icon

Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular bəllidir
İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu

Qurban Qurbanov: "Napoli" bizimlə oyuna çox ciddi hazırlaşır"

"Napoli" bizimlə oyuna ciddi hazırlaşır".

Pressing.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. Mütəxəssis komandasının rəqibə qarşı yüksək motivasiya ilə hazırlaşdığını vurğulayıb:

“Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik klubla oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq. Vacib bir oyundur. Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar. Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamını qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca, həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik".

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

Oxşar xəbərlər