"Napoli" yeni transferə hazırlaşır » Pressing.Az
"Napoli" yeni transferə hazırlaşır
Dünya Futbolu 17-01-2024, 17:00

İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Pressing.az
xəbər verir ki, A Seriyası təmsilçisi "Fiorentina"dan çexiyalı hücumameyilli yarımmüdafiəçi Antonin Barak ilə razılığa gəlib.

“Napoli” 29 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürəcək. Sözləşməyə əsasən, "Napoli" oyunçunu birdəfəlik ala bilmək haqqına da sahib olacaq.