"Milan" yeni transferə hazırlaşır  
                
            Transferlər / Dünya Futbolu
            24-01-2023, 21:13
        

"Milan" "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolonu heyətinə qatacaq.
Pressing.az xəbər verir ki, artıq tərəflər razılığa gəlib. 
İtaliya millisinin üzvü ilə 2027-ci ilin iyunun sonuna qədər müqavilə imzalancağı gözlənilir. 
Qeyd edək ki, Zaniolo bu mövsüm "Roma"da ümumilikdə 17 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

