"Yanq Boys"dan "Milan"a
Dünya Futbolu / Transferlər
15-08-2025, 12:28

“Milan” klubu yeni futbolçu transferini elan edib.
Pressing.az xəbər verir ki, bu barədə "Rossonyerlər"in mətbuat xidməti məlumat yayıb.
“Yanq Boys”da çıxış edən İsveçrənin U-21 millisinin üzvü Zakari Atekame heyətə cəlb edilib. 20 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Atekame ötən mövsüm “Yanq Boys”un heyətində meydana çıxdığı 43 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
