"Qalatasaray"da yeni müqavilə  
                
            Dünya Futbolu
            6-12-2022, 22:00
        

"Qalatasaray" klubu futbolçusu ilə yeni müqavilə imzalayıb.
Pressing.az xəbər verir ki, İstanbul təmsilçisi Yunus Akgünlə sözləşmənin müddətini uzadıb. 
22 yaşlı vinger 2026-cı ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

