Perez hamını qabaqladı
Dünya Futbolu
Bu gün, 12:18

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi məlum olub.
Pressing.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ayın ən yaxşısı adına "Rayo Valyekano"nun çalışdırıcısı İniqo Peres layiq görülüb.
37 yaşlı mütəxəssis peşəkar karyerasında ilk dəfə olaraq bu mükafatı qazanıb. O, “Real”ın baş məşqçisi Xabi Alonso və “Betis”in çalışdırıcısı Manuel Pelleqrinini geridə qoyub.
