Bizon Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq » Pressing.Az
Bizon Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq
Azərbaycan Futbolu Bu gün, 11:30

Bu gün Bizon Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Pressing.az xəbər verir ki, son gündə daha 6 oyun baş tutacaq.

Premyer Liqa təmsilçilərindən “Qəbələ” “Mingəçevir”lə, “Şamaxı” “Səbail”lə, “Neftçi” MOİK-lə, “Sumqayıt” isə “Zaqatala” ilə qarşılaşacaq.

Daha öncə “Kəpəz”, “Karvan”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” növbəti raunda vəsiqə qazanıblar.

2-ci təsnifat mərhələsi
29 oktyabr


“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Xankəndi” – “Difai”
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu, 14:00.

“Zaqatala” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qəbələ” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.

“Səbail” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 16:00.

“Neftçi” – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 19:00.