Azərbaycan İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi ilə təmsil ediləcək
Digər növlər
Bu gün, 10:03

Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək.
Pressing.az xəbər verir ki, yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər.
Hazırda “Şüa” İdman Kompleksində təlim-məşq toplanışını davam etdirən komanda noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcək.
İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.
