"Napoli"də ciddi itki: "Qarabağ"a qarşı OYNAMAYACAQ » Pressing.Az
"Napoli"də ciddi itki: "Qarabağ"a qarşı OYNAMAYACAQ
Dünya Futbolu Dünən, 10:03

“Napoli" klubunun futbolçusu Kevin De Brüyne zədələnib.

Pressing.az xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. De Brüyne artıq reabilitasiya proqramına başlayıb.

İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib. Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir.

A seriyasının son turunda "İnter"lə görüşün 33-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan De Brüyne elə həmin an zədələnib.

Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək. Beləliklə, De Brüyne Ağdam klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək.