“Real”ın müdafiəçisi əməliyyat edilib » Pressing.Az
“Real”ın müdafiəçisi əməliyyat edilib
Dünya Futbolu Dünən, 17:07

Madrid “Real”ının müdafiəçisi Dani Karvahal dizindən əməliyyat olunub.

Pressing.az xəbər verir ki, “Barselona” ilə oyunun (2:1) ardından ispaniyalı futbolçunun sağ ayağının diz oynağında problem aşkarlanıb.

Karvahal bu gün uğurlu artroskopik əməliyyat keçirib və yaxın günlərdə bərpa prosesinə başlayacaq.

33 yaşlı futbolçunun 2–3 ay müddətinə yaşıl meydanlardan uzaq qala biləcəyi vurğulanır.