“Qarabağ” – “Çelsi” matçının biletləri satışa NƏ VAXT ÇIXARILACAQ? » Pressing.Az
“Qarabağ” – “Çelsi” matçının biletləri satışa NƏ VAXT ÇIXARILACAQ?
Dünya Futbolu / Çempionlar Liqası Dünən, 15:30

Çempionlar Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

Pressing.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.