Ərəbistan klubundan onunla bağlı qərar » Pressing.Az
Ərəbistan klubundan onunla bağlı qərar - RƏSMİ
Dünya Futbolu Dünən, 09:58

“Əl Hilal” klubu futbolçusu Sergey Milinkoviç-Saviç ilə müqavilənin müddətini uzadıb.

Pressing.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Serbiyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi artırılıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Əl Hilal”da çıxış edir.