Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi AÇIQLANIB
Digər növlər
Dünən, 14:00

Kişi voleybolçular arasında Yüksək Liqanın növbəti qarşılaşmalarının keçirilmə tarixi açıqlanıb.
Pressing.az xəbər verir ki, oktyabrın 30-da 1-ci turdan təxirə salınmış “Gənclər” - “Xilasedici” qarşılaşması keçiriləcək. FHN-nin idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.
Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.
Yüksək Liqa (kişilər)
I tur (Təxirə düşən oyun)
30 oktyabr
16:00. “Gənclər” – “Xilasedici”
Ünvan: FHN-nin idman zalı
III tur
6 noyabr
16:00. “Murov Az Terminal” – “ORDU”
Ünvan: “Murov Az Terminal” VK-nın idman zalı
16:00. “Gənclər” - “Neftçi”
Ünvan: Abşeron OİK
17:00. “Xilasedici” - “AZERRAIL”
Ünvan: FHN-nin idman zalı
