"Sabah"ın Çempionlar Liqasında növbəti sınağı
Digər növlər
Bu gün, 13:12

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.
Pressing.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv III turda səfərdə Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.
B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.
