Asim Xudiyev Konfrans Liqası oyununa TƏYİNAT ALDI » Pressing.Az
Asim Xudiyev Konfrans Liqası oyununa TƏYİNAT ALDI
Dünya Futbolu / Konkfrans Liqası Dünən, 18:32

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Pressing.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.