Azərbaycanlı hakim UEFA Superkubokunun oyununa təyinat alıb » Pressing.Az
Azərbaycanlı hakim UEFA Superkubokunun oyununa təyinat alıb
Dünya Futbolu 30-07-2025, 15:52

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Pressing.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.